SİZİN REKLAM BURADA

“Azərbaycana qiymət vermək çətindi” – moldovalı futbolçu

“Milli komanda üçün mənə federasiyadan dəvət gəlməyib. Bəlkə də, İsraildə çempionat davat etdiyi və yığmanın oyunları FİFA-nın pəncərəsindən kənarda olduğu üçün çağırılmamışam”. Apasport.az saytının məlumatına görə, bunu Moldova millisinin yarımmüdafiəçisi Radu Ginsari deyib.

 

Yerli mətbuata müsahibə verən 27 yaşlı hücumameyilli futbolçu millidə yeni baş məşqçisi təyinatına, həmçinin Cənubi Koreya və Azərbaycanla keçiriləcək yoldaşlıq görüşlərinə münasibət bildirib.

 

Hayfa “Hapoel”inin formasını geyinən Ginsari qarşıdakı matçlara dəvət almadığını bildirib: “Nəzərə alaq ki, komandam İsrail birinciliyində çempionluğa oynayır. Klubun məni buraxmayacağını düşünürəm. Yəqin ki, bu toplanışda yığmanın yeni baş məşqçisi Aleksandr Spiridon qarşıya qoyulan hədəflə bağlı fikirlərini uşaqlara izah edəcək. Rəqiblərə qiymət vermək mənim üçün çətindi. Cənubi Koreya və Azərbaycanla matçlarda baş məşqçi oyunçularla tanış olmaq və onları iş başında görmək imkanı qazanacaq”.

 

Moldovalı futbolçu hər kəsin onlardan uğurlu nəticə gözlədiyini vurğulayıb: “Bundan əvvəlki baş məşqçinin ciddi və qətiyyətli olmadığını deyə bilmərəm. Hər kəs maksimum hədəfə çatmaq istəyir. Yeni baş məşqçiyə uğurlar arzulayıram və ümid edirəm ki, o, millidə uğurlu nəticələr əldə edəcək. Hər bir futbolçu və bütün ölkə bunu istəyir”.

 

Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla yoldaşlıq görüşü keçirəcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 34

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10