SSRİ Olimpiadaya qayıdır?

Rusiya idmançıları Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarda sabiq SSRİ-nin rəmzlərindən istifadə edə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə yekun qərarı Beynəlxalq Olimpiya Komitəsinin (İOC) Rusiya yığması ilə bağlı xüsusi komissiyası verəcək.

 

İdmançılara Rusiya bayraqları və digər rəmzlərdən istifadəsinə qadağalar qoyulduğundan azarkeşlər yığma üzvlərinə sabiq SSRİ bayrağı və himnindən yararlanmağı təklif ediblər. Onlar keçmiş və indiki himnlərin musiqisinin də bir-birinə bənzədiyini də əsas gətiriblər.

 

Qeyd edək ki, İOC dekabrın 5-dəki iclasında Rusiyanın dopinqdən təmiz çıxan atletlərinə Pxençxanda Olimpiya bayrağı altında çıxış etməyə icazə verib. Lakin bu ölkənin olimpiyaçıları müəyyən şərtlərə əməl etməlidi. Onlar Rusiyanın rəmzlərindən istifadə etməməli, mükafatlandırmada isə Olimpiya himnini dinləməlidilər. Bu məsələni tənzimləmək üçün xüsusi komissiya da yaradılıb. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10