“Azərbaycan yığması sürprizə imza ata bilər”

“Avropa çempionatının qalibi olmaq arzusundayıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri futzal üzrə Portuqaliya yığmasının baş məşqçisi Xorxe Braz deyib.

 

Millimizin də qatılacağı AVRO-2018-in final mərhələsində iştirak edəcək Portuqaliya yığması yarışı qızıl medalla başa vurmaq niyyətindədi.

 

Ölkəsinin mətbuatına açıqlama verən Braz iddialı danışıb. Bununla belə, o, çempionatda başqa güclü komandaların olduğunu da bildirib. Braz söhbət əsnasında sürpriz gözlədiyi yığmaların sırasında Azərbaycanın da adını çəkib: “Çempionluğa əsas namizədlərdən biriyik. Məqsədimiz Avropa çempionatını qızıl medalla bitirməkdi. Amma başqa güclü komandaların olduğunu da bilirik. Ukrayna, Serbiya, Sloveniya, Qazaxıstan və Azərbaycan yığmaları sürprizə imza ata bilərlər”.

 

Qeyd edək ki, Portuqaliya millisi Rumıniya və Ukrayna ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10