“Neftçi” iki dövrənin antirekordçusu oldu

Futzal üzrə Yüksək Liqada ikinci dörvə başa çatıb. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, mövsümün arxada qalan müddətində hakimlər 14 qırmızı vərəqə göstəriblər.

 

Yüksək Liqanın cari mövsümündə ilk qırmızı ilə II turda “Xəmsə”nin üzvü Elçin Zeynalov “tanış” olub. Elə növbəti turda da qırmızı vərəqəni “Xəmsə”nin oyunçusu alıb. Bu dəfə Qüdrət İsmayılov “fərqlənib”.

 

Antirekord isə “Neftçi”yə məxsusdu. İki dövrə ərzində bu komandanın 4 futzalçısı oyunu erkən başa vurmalı olub. Bəzi görüşlərdə komanda bunun fəsadlarını yaşayıb. “Xəmsə” və “Yasamal” komandaları növbəti pillədə qərarlaşıb. Bu komandaların hər birinin 3 oyunçusu “qırmızı”da “ilişib”.

 

Ən çox qırmızı vərəqə isə III turda göstərilib. Dörd futzalçı meydanı erkən tərk etməli olub. Ümumiyyətlə, Yüksək Liqada çıxış edən 7 klubdan yalnız “FK.İD.Futsal” qırmızı vərəqə ilə tanış olmayıb.

 

Elçin Zeynalov (“Xəmsə”, II tur, 2-ci sarı) 
Qüdrət İsmayılov (“Xəmsə”, III tur, 2-ci sarı) 
Teymur Mirzəyev (“Yasamal”, III tur, birbaşa) 
Əsgər Abbasov (EKOL, III tur, 2-ci sarı) 
Elnur Zamanov (“Neftçi” İK, III tur, birbaşa) 
Eduardo Borges (“Araz”, V tur, 2-ci sarı) 
Zalış Səmədzadə (“Xəmsə” VI tur, 2-ci sarı) 
İsa Atayev (“Araz” VI tur, birbaşa) 
Rüstəm Bağırzadə (“Marafon Futsal”, VII tur, birbaşa) 
Sadiq Cavid (“Neftçi” İK, VII tur, birbaşa) 
Məhəmməd Şahsavari (“Yasamal” FK, VIII tur, 2-ci sarı) 
Tural Qurbanov (“Neftçi” İK, X tur, birbaşa) 
Əjdər Əjdərov (“Neftçi”İK, XI tur, 2-ci sarı)
Omid Oraz (“Yasamal”, XIV tur, 2-ci sarı)

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10