Roman Pokora: “Rövşən Əhmədov hakimliyə yaramır”
14.05.2008 - 11:25
Roman Pokora: “Rövşən Əhmədov hakimliyə yaramır”
Ukraynalı mütəxəssis qurumun qərarına hörmət etdiyini bildirib: “Düzdür, iclasa məni də çağırıb izahatımı istəyə bilərdilər. İstənilən halda, qərara qarşı çıxmıram. Hakimləri oyunun gedişində təhqir etmişəmsə, cəzamı çəkməliyəm. Əgər bununla Azərbaycanda hakimliklə bağlı problemə son qoyulacaqsa, çox sevinəcəyəm. Burada yaxşı hakimlər var və onlar Azərbaycana dəvət edilən əcnəbi həmkarlarından yaxşı idarəçilik edə bilərlər”. R.Pokora Premyer Liqanın son turunda “Masallı” ilə görüşdə nalayiq sözlərlə təhqir etdiyi milli dərəcəli hakim Rövşən Əhmədovun da cəzalanmasını vacib sayıb: “Təkcə məni cəzalandırmağı ədalətsizlik sayıram. İstəyim Rövşən Əhmədovun, ümumiyyətlə hakimlikdən getməsidir. Çünki hakimliyə yaramır”.
0