[b]“Qarabağ” sülhlə başladı - YENİLƏNİB[/b]
17.01.2018 - 19:52
[b]“Qarabağ” sülhlə başladı - YENİLƏNİB[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi hazırlığın 9-cu günündə meydana çıxıb.

 

Qurban Qurbanovun yetirmələri Rusiyanın “Kuban” klubu ilə qarşılaşıb.

 

Matçda qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar.

 

Yoxlama oyunu

17 yanvar

“Qarabağ” (Azərbaycan) – “Kuban” (Rusiya) - 2:2

Qollar: Əfran İsmayılov, 50, Zaur Fərzəliyev, 68

Start heyəti: İbrahim Şehiç, Rəşad Sadıqov, Jakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Kərim Diniyev, Riçard Almeyda, Mahir Mədətov, Miçel, Pedro Enrike, Dani Kintana

 

0