728 gün sonra

“Qəbələ”nin Türkiyə toplanışı çərçivəsində bu gün yoxlama oyunu keçirəcəyi “Sürix” “qırmızı-qaralar” üçün tanış rəqibdi. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komandalar 2 il öncə də Antalya toplanışında üz-üzə gəliblər.

 

2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanıb. Həmin matçda Aleksey Antonov iki, Vadim Abdullayev və Samir Zərgərov hərəyə 1 dəfə fərqlənib. Hazırda “qırmızı-qaralar”ın şərəfini qoruyanlardan Dmitri Bezotosnı, Vojislav Stankoviç, Asif Məmmədov, Vitali Vernidub, Ürfan Abbasov, Qismət Alıyev 728 gün öncə Roman Qriqorçukun şans verdiyi oyunçulardan olublar. Həmin matça Sami Hyuypiyanın rəhbərliyi altında çıxan “Sürix”də isə baş məşqçi artıq Ulrix Fortedi. Finlandiyalı mütəxəssisin postundan ayrılmasına isə enişli-yoxuşlu 2015-2016-cı illər mövsümü səbəb olub. Çempionatı sonuncu pillədə başa vuran “Sürix” Superliqanı tərk edib. Bundan cəmi 4 gün sonra isə komanda ölkə kubokunu qazanmaqla Avropa Liqasına yüksəlib.

 

Əslində klubun aşağı liqa macəraları da uzun sürməyib. 2016-2017-ci illər mövsümündə Çelenc Liqanın çempionu olan komanda Superliqaya qayıdıb. Ümumilikdə isə 1896-cı ildə yaranan Sürixin eyniadlı klubu 122 illik zəngin tarixə malikdi. 12 dəfə İsveçrə çempionu, 9 dəfə kubokun qalibi olan komanda avrokuboklarda da kifayət qədər uğurlu çıxış edib. “Sürix” 2 dəfə Çempionlar Kubokunun yarımfinalına qədər irəliləyib. “Qəbələ”nin rəqibinin son uğurları XXI əsrə təsadüf edib. 2005-2006, 2006-2007, 2008-2009 mövsümlərində çempion olan klub 2004-2005, 2013-2014, 2015-2016 mövsümlərində kuboka yiyələnib.

 

Bir illik fasilədən sonra yenidən Superliqada çıxış edən “Sürix”in işləri heç də pis getmir. Qış fasiləsinə qədər keçirilən 19 turda 28 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb. Düzdü, “Yanq Boyz”dan 12, “Bazel”dən 10 xal geri qalan Fortenin yetirmələri çempionluq mübarizəsindən uzaq düşüb. Amma rəqibimiz bürünc və avrokuboklara vəsiqəyə iddialıdı.

 

“Sürix”lə görüş “Qəbələ”nin 95-ci beynəlxalq yoxlama matçı olacaq. Bunadək 94 oyuna çıxan “qırmızı-qaralar” 42 qələbə qazanıb, 19 heç-heçə edib və 33 dəfə uduzub. Hesabında 154 qol olan komandamız 100 top buraxıb.

 

Qeyd edək ki, Antalyanın “Kaya Bələk” otelinin meydançasında keçiriləcək “Qəbələ” - “Sürix” matçı Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10