[b]Ronaldo-Peres qarşıdurması: Hər dəfə “sabah, sabah” deyir[/b]
17.01.2018 - 10:51
[b]Ronaldo-Peres qarşıdurması: Hər dəfə “sabah, sabah” deyir[/b]

“Real”ın futbolçusu Kriştianu Ronaldo ilə klubun prezidenti Florentino Peresin münasibətləri əməlli-başlı korlanıb. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı superulduz Madrid klubunun rəhbərinin ona verdiyi boş vədlərdən bezib.

 

Bildirilir ki, özünü futbol tarixinin ən yaxşı oyunçusu sayan Ronaldo “Real”da illik məvacibinin minimum 40 milyon avro olmasını istəyir. O, “Barselona”nın üzvü Lionel Messi və PSJ-nin hücumçusu Neymardan az maaş almasından narazıdı.

 

Lakin Portuqaliya yığmasının üzvü narazılığının pulla bağlı olmadığını deyib. O, Peresin ona göstərdiyi münasibətdən narazıdı: “Hər dəfə mənə “sabah, sabah” deyir. Problem pulda yox, statusdadı”.

0