[b]Mourinyonun taleyinə aydınlıq gəldi[/b]
17.01.2018 - 11:41
[b]Mourinyonun taleyinə aydınlıq gəldi[/b]

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo gələcəyi ilə ağlı qərarını verib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis rəhbərliyin yeni müqavilə təklifini qəbul edib.

 

Hazırkı müqavilə müddəti 2019-cu ilə qədər olan 55 yaşlı mütəxəssis bunu daha 2 illik uzadacaq. Mourinyonun yaxın günlərdə rəsmi sözləşməyə qol çəkməsi gözlənilir. Komanda Premyer Liqada lider “Mançester Siti”dən 12 xal geridə qalmasına baxmayaraq, rəhbərlik baş məşqçinin işindən məmnundu.

 

Qeyd edək ki, Joze Mourinyo 2016-cı ildən “Mançester Yunayted”i çalışdırır.

0