“Azərbaycandan əla təklif almışam” – bosniyalı yarımmüdafiəçi

“Artıq neçə vaxtdı Bosniya və Herseqovinanın bir neçə klubu ilə danışıqlar aparıram. Amma  Azərbaycan və Qazaxıstandan iki əla təklif almışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri bosniya və herseqovinalı futbolçu Edin Rustemoviç deyib.

 

Azərbaycandan təklif aldığını iddia edən 25 yaşlı yarımmüdafiəçi həmin klubun adını açıqlamağı lazım bilməyib: “Bu təkliflər mənim üçün çox cəlbedicidi. Həftənin sonunadək karyeramı harada davam etdirəcəyimlə bağlı qərar verəcəm. Seçim etmək çətin olacaq. Amma ölkə xaricinə üz tutacağım daha real görünür”.

 

Qeyd edək ki, Almaniyada anadan olan bosniyalı futbolçu əvvəllər “Drina”, “Sarayevo” (hər ikisi Bosniya və Herseqovina), OFK, “Sinceliç” (hər ikisi Serbiya) klublarında çıxış edib. 2017-ci ilin yayında “Adana Demirspor”a keçən yarımmüdafiəçi Türkiyə klubunda möhkəmlənməkdə çətinlik çəkib. I liqada cəmi 2 oyun keçirən futbolçu oktyabrdan klubsuzdu.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10