[b]“Real” BBC-ni NHL-lə dəyişir?[/b]
17.01.2018 - 15:51
[b]“Real” BBC-ni NHL-lə dəyişir?[/b]

Uğursuz mövsüm keçirən “Real”da yayda ciddi dəyişikliklər gözlənilir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “kral klubu”nun prezidenti Florentino Peres, xüsusən də, hücum xəttindəki futbolçuların çıxışından narazıdı.

 

O, BBC kimi tanınan Qaret Beyl – Kərim Benzema - Kriştianu Ronaldo “trio”sunu satmağı planlaşdırır. Peres onların yerinə PSJ-nin lideri Neymar, “Çelsi”nin aparıcı futbolçularından Eden Azar və “Bavariya”nın qol “silahı” Robert Levandovskini transfer etmək niyyətindədi. Klub rəhbərinin bir nömrəli hədəfi Braziliya millisinin hücumçusu Neymardı.

 

Qeyd edək ki, Neymar, Azar və Levandovski cari mövsümdə ümumilikdə 50 qol vurub, 24 məhsuldar ötürmə veriblər.

0