[b]“Keşlə” transferlərini təqdim etdi - FOTO[/b]
17.01.2018 - 17:12
[b]“Keşlə” transferlərini təqdim etdi - FOTO[/b]

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Keşlə” transferlərini təqdim edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi 5 futbolçu ilə müqavilə bağladığını rəsmən açıqlayıb.

 

Bunlar Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev, Pablo Podio və Herve Tçamidi. Yalnız sonuncu 1 illik sazişə qol çəkib. Digər 4 futbolçunun anlaşma müddəti isə cari mövsümün sonuna qədərdi.

 

Qeyd edək ki, “Keşlə” qış fasiləsində Elnur Abdullayev, Samir Zərgərov, Mirsahib Abbasov və İlkin Qırtımovla yollarını ayırıb.

 

0