[b]Araz Abdullayev və komandası 1/4 finalda[/b]
17.01.2018 - 22:53
Kipr Kubokunda 1/8 final mərhələsinin cavab oyunları davam edir. Apasport.az saytının məlumatına görə, ilk cavab matçları çərçivəsində “Anortosis” də oyuna çıxıb.
Milli komandamızın üzvü Araz Abduallayevin çıxış etdiyi Famaqusta təmsilçisi səfərdə “Ayia Napa” ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Araz matça start heyətində başlayıb.
Doğma meydanda 3:2 hesablı qələbə qazanmış “Anortosis” bu nəticə ilə növbəti mərhələyə yüksəlib.
0
0