[b]Premyer Liqa klubundan növbəti transfer[/b]
18.01.2018 - 00:02
“Beşiktaş”da Cenk Tosunu transfer edən “Everton” daha bir keçidi rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi “Arsenal”dan Teo Uollkotu alıb.
28 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. İngiltərə millisinin üzvünün transferi “Everton”a 20 milyon funt-sterlinqə başa gəlib. Təcrübəli futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ulkott 12 il şərəfini qoruduğu "Arsenal"da 397 oyun keçirib, 108 qol vurub.
0
0