[b]“Bütün stadion “Qarabağ”ın hərəkətini alqışladı” – “Kuban”ın baş məşqçisi[/b]
18.01.2018 - 00:00
[b]“Bütün stadion “Qarabağ”ın hərəkətini alqışladı” – “Kuban”ın baş məşqçisi[/b]

Antalyada hazırlıq keçən “Qarabağ” ilk yoxlama matçında “Kuban”la qarşılaşıb. Apasport.az saytınınməlumatına görə, görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

Oyundan sonra rəqibin baş məşqçisi Yevgeni Kaleşin klub televiziyasına matçla bağlı fikirlərini açıqlayıb.

 

- Komanda ilk hazırlıq oyununu keçirdi. Nəticə haqqında nə deyə bilərsiz?

- Düşünürəm ki, çox maraqlı oyun alındı. Çempionlar Liqasının iştirakçısı ilə oynadığımız üçün çox şanslıyıq. Aradakı səviyyə fərqi hiss olunurdu. Xüsusilə də ilk yarıda “Qarabağ” çox sürətli idi. Təkbətək mübarizələrdə inamlı çıxış edirdilər. Futbolçularımıza da təşəkkür etmək istəyirəm, mümkün qədər təşkilatlanmış şəkildə oynamağa çalışdılar. Rəqibə qapımıza yanaşmağa, ciddi təhlükələr yaratmağa imkan vermədik. Doğrudur, bizim də çox şansımız olmadı, amma yeni ildəki ilk matçda komanda oyunun, mübarizənin dadını hiss edə bildi. Bilərəkdən sınaq üçün belə güclü rəqiblər seçirik ki, yüksək sürətə alışa bilək. “Qarabağ”la oyun da məhz bu səviyyədə alındı. İkinci hissədə həm rəqib, həm də biz dəyişiklik etdik və belə olanda oyun açıq şəkil aldı. Yekunda matçına nəticəsi qanunauyğun oldu.

 

- İlk hissədə bir epizodda “Qarabağ” bilərəkdən penaltini kənara vurdu. Bununla bağlı şərhiniz maraqlıdır...

- Əlbəttə, belə şeylərlə hər zaman qarşılaşmırıq. Bu rəqibin yüksək səviyyəsindən və futbola yanaşmasından xəbər verir. Rəqib bizə və təmiz oyuna hörmət əlamət olaraq belə hərəkət etdi. Gördüyünüz kimi bütün stadion onları alqışladı.

 

 

0