[b]“Şah” zirvəyə yüksəldi[/b]
18.01.2018 - 01:07
[b]“Şah” zirvəyə yüksəldi[/b]

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi “Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarışın beşinci turuna yekun vurulub.

 

Super yarışda Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa çatdırıb.

 

O, ağ fiqurlarla oynadığı partiyada Fabiano Karuana ilə üz-üzə gəlib. ABŞ təmsilçisi 42-ci gedişdə ağ bayraq qaldırıb.

 

Bu nəticədən sonra xalını 3,5-ə çatdıran “Şah” liderlər qrupunda yer alıb. O, keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və Aniş Qiri (Hollandiya) ilə birlikdə turnir cədvəlinə başçılıq edir.

 

Qeyd edək ki, bu gün turnirdə fasilə olacaq. Ayın 19-da baştutacaq altıncı turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Adhibanla qarşılaşacaq.

0