[b]“... futbolçularımız meydana rahat çıxmışdılar” – “Sürix”in baş məşqçisi[/b]
18.01.2018 - 09:18
[b]“... futbolçularımız meydana rahat çıxmışdılar” – “Sürix”in baş məşqçisi[/b]

“Fevralın 4-də çempionatda fasilə başa çatacaq və “Tyun” komandası ilə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sürix” klubunun baş məşqçisi Ulrix Forte deyib.

 

Antalyada təlim-məşq toplanışında olan İsveçrə təmsilçisi dünən yoxlama görüşündə “Qəbələ” ilə üz-üzə gəlib və 1:0 hesablı qələbə qazanıb.

 

Klubun rəsmi saytına danışan 44 yaşlı mütəxəssis komandasından razılıq bildirib: “Deyə bilmərəm ki, futbolçularımız bu gün meydana rahat çıxmışdılar. Komandamın çıxışından və yoxlama görüşü olmasına baxmayaraq, matça yanaşmasından razı qaldım. İndidən yaxşı oyun göstərməyə çalışırıq. İkinci dövrənin ilk görüşü bizim üçün çox önəmlidi”.

 

Qeyd edək ki, “Qəbələ” Türkiyədə keçirdiyi ilk yoxlama matçında yerli “Akhisar”la qollu bərabərə qalıb – 1:1.

0