[b]Daha 4 futbolçu Rəşad Sadıqovun komandasında[/b]
18.01.2018 - 10:41
[b]Daha 4 futbolçu Rəşad Sadıqovun komandasında[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesinə yanvarın 9-da start verən Rəşad Sadıqovun komandasına daha 4 futbolçu qoşulub.

 

Bunlar Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevdi. Qış hazırlıq prosesinə öz klublarının heyətində start verən oyunçular U-21-in düşərgəsində olacaq və yoxlama matçlarında iştirak edəcək.

 

Mənbə: affa.az

0