[b]Moldova yığmasından 34 yaşlı futbolçuya dəvət[/b]
18.01.2018 - 11:29
[b]Moldova yığmasından 34 yaşlı futbolçuya dəvət[/b]

Yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla yoldaşlıq görüşü keçirəcək Moldova yığması ölkə daxilində hazırlıqlarını davam etdirir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, rəqibimiz hələ də tam heyətlə hazırlaşa bilmir.

 

Belə ki, yeni baş məşqçi Aleksandr Spiridon legioner həyatı yaşayan daha bir neçə oyunçunu sərəncamında görmək niyyətindədi. Çalışdırıcının qarşıdakı matçlarda yoxlamaq istədiyi futbolçulardan biri də “Sibir” klubunun yarımmüdafiəçisi Yevgeni Çebotarudu. Moldova Futbol Federasiyası bununla bağlı Rusiya təmsilçisinə rəsmi müraciət ünvanlayıb.

 

Çebotaru isə hazırda ikinci dövrənin hazırlığına start götürən klubunun düşərgəsindədi. “Sibir” yanvarın 31-də, yəni Azərbaycan – Moldova qarşılaşmasından bir gün sonra Antalyaya təlim-məşq toplanışına yollanacaq. Moldovalılar 34 yaşlı oyunçunun millimizə qarşı iştirakı üçün onun Türkiyəyə “Sibir”dən əvvəl göndərilməsini xahiş edib.

0