“Yeganə şərtim bu oldu” – Robert Prosineçki

“Seçki prosesində Amar Osimin lehinə kampaniya aparılıb-aparılmadığı artıq önəmli deyil. Sarayevoya gəldiyim ilk gündən dəstək hiss etdim. Mətbuat nümayəndələri də məni xoş qarşıladılar. Bunun gələcəkdə də davam etməsi isə nəticələrdən asılı olacaq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq çalışdırıcısı Robert Prosineçki deyib.

 

Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçən xorvatiyalı məşqçi Serbiya mətbuatına müsahibə verib. O, qərarının düzgün olub-olmadığını qeydə alınan nəticələrdən sonra müəyyənləşdirəcəyini bildirib: “Bosniya və Herseqovina yığması keyfiyyətli komandadı. Bu cür milli daim böyük turnirlərdə yer almalıdı. Qarşıda bizi AÇ-2020 gözləyir. Mən və köməkçilərimlə birlikdə ətrafımızda olan insanlar da gələcəyə ümidlə baxır. Bosniya yığması təkcə böyük klublarda oynayan Pyaniç və Dzekodan ibarət deyil. Xeyli sayda başqa yaxşı futbolçularımız da var. Məhz bu məqam məni cəlb etdi”.

 

Prosineçki yığmamızda köməkçiləri olmuş Qordan Çipriç və Draqan Spasiçi Bosniya və Herseqovina millisinə aparmasına da toxunub: “Çoxdandı birgə işlədiyim məşqçilərlə çalışmaq mənə rahatdı. Çipriç və Spasiçlə “Srvena Zvezda”, “Kayserispor”, həmçinin Azərbaycan yığmasında bir yerdə çalışmışıq. Mən onlara əminəm, onlar da mənə. Bizə nə lazım olduğunu bilirik. Federasiya qarşısında irəli sürdüyüm yeganə şərt bu oldu”.

 

49 yaşlı mütəxəssis Azərbaycanda işlədiyi dövrlə müqayisədə ailəsini yanına aparmayacağını bildirib: “Azərbaycan millisini çalışdıranda ailəm də yanımda qalırdı. İndi isə Zaqreb-Sarayevo marşrutu üzrə hərəkət edəcəm. Bakını tərk etdikdən sonra digər övladımı da Zaqrebdə məktəbə düzəltdim. Təbii ki, hər həftəsonu Bosniyada olacam, çempionat oyunlarına baxacam. Bir sözlə, işləyəcəm”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10