[b]32 klub “Sərhədçi”yə toplandı - FOTOSESSİYA[/b]
18.01.2018 - 14:16
[b]32 klub “Sərhədçi”yə toplandı - FOTOSESSİYA[/b]

Bu gün “Sərhədçi” İdman Olimpiya Kompleksində U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək paytaxt birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparacaq.

 

Yarışın ilk günü qızlar arasında bütün çəki dərəcələrində (44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşəcək.

 

Oğlanların mübarizəsində isə 55 kq, 66 kq və 81 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparırlar.

 

Qeyd edək ki, sabah Bakı şəhər açıq birinciliyində oğlanların yarışında 60 kq, 73 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində cüdoçular qüvvəsini sınayacaqlar.

 

0