“Azərbaycanla oyunda iştirak etmək istərdim” – moldovalı qapıçı

“2016-cı ildə millidən kənarda qalmağım hələ də mənə qaranlıq qalır. Yığmanın formasını geyinmək arzumu itirməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova millisinin qapıçısı Nikolay Kalança deyib.

 

Rumıniyanın “Universitatya” klubunda çıxış edən 32 yaşlı qolkiper Moldova mətbuatına açıqlamasında millidəki baş məşqçi dəyişikliyinə münasibət bildirib. Bunun müsbət dəyişikliyə yol açacağını düşünən Kalança sabiq çalışdırıcı İqor Dobrovolskini tənqid edib.

 

O, bu ay keçiriləcək yoldaşlıq görüşlərində iştirak etmək arzusunu gizlətməsə də, bunun baş tutacağına inanmadığını vurğulayıb: “Dobrovolskinin dönəmində yığmadan kənarda qalmağımın səbəbini mənə deyən olmadı. Dobrovolski həmin vaxt müsahibələrinin birində demişdi ki, Kalança yığmada oynamaq istəmir. Çox təəccüblü və məyusedici açıqlama oldu. Çünki həmin vaxt heç mənə zəng vuran, dəvət edən olmamışdı. Artıq yeni baş məşqçimiz var. Özümü yaxşı formada saxlamağa çalışacam ki, yenidən dəvət alım. Bu ayın sonunda Cənubi Koreya və Azərbaycanla yoldaşlıq oyunları olacaq. Həmin matçlarda iştirak etməyi çox istərdim. Çünki indi özümü milliyə kömək edə biləcək səviyyədə hiss edirəm. Ancaq fevralın əvvəlində Rumıniya çempionatında fasilə başa çatacaq. Bu səbəbdən klubumun buraxacağına inanmıram. Bununla belə, növbəti toplanışlara, matçlara dəvət almaq üçün var gücümlə çalışacam”.

 

Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Antalyada Cənubi Koreya ilə, 30-da isə Azərbaycanla yoldaşlıq görüşündə üz-üzə gələcək.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10