“Sumqayıt” debütantla bacarmadı

Premyer Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Sumqayıt” Bakıdakı son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “kimyaçılar” Premyer Liqanın debütantı “Səbail”lə qarşılaşıb.


Sumqayıtda keçirilən oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Əvvəlcə “Səbail” hesabı açıb. Nurlan Novruzov 22-ci dəqiqədə fərqlənib. İlk hissə bu nəticə ilə başa çatıb. İkinci yarıda “Sumqayıt” hesabı bərabərləşdirib. Amil Yunanov 53-cü dəqiqədə status-kvonu bərpa edib.

 

Amma Vüqar Nadirov 85-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza ataraq yekun nəticəni müəyyənləşdirib.

 

Qeyd edək ki, Samir Abasovun komandası hazırlığın növbəti hissəsini Türkiyədə davam etdirəcək.

 

Yoxlama oyunu

“Sumqayıt” – “Səbail” – 1:2

Qollar: Amil Yunanov, 53 – Nurlan Novruzov, 22, Vüqar Nadirov, 85

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10