Zədə “Çelsi”yə keçidi əngəlləyə bilər

“Vest Hem”in hücumçusu Endi Kerrolun “Çelsi”yə keçidi baş tutmaya bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun zədələnməsidi.

 

Belə ki, 29 yaşlı forvard bugünkü məşqi tamamlaya bilməyib və tibbi müayinəyə cəlb olunub.

 

Məlum olub ki, onun ayaq biləyində ciddi problemlər var. Bu səbəbdən hücumçu ən az 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Əgər əməliyata ehtiyac olsa, bu müddət hətta 4 aya qədər uzana bilər.

 

Belə olan təqdirdə isə, oyunçunun “Çelsi”yə keçidi alınmamaq təhlükəsi ilə üz-üzədir.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10