[b]Millimizlə görüşə 4 klubsuz, 3 yeni futbolçu ilə[/b]
19.01.2018 - 10:44
[b]Millimizlə görüşə 4 klubsuz, 3 yeni futbolçu ilə[/b]

Antalyada millimizlə yoxlama görüşü keçirəcək Moldovanın yeni baş məşqçisi Aleksandr Spiridonun açıqladığı heyət birmənalı qarşılanmayıb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcının 4 klubsuz futbolçuya dəvət göndərməsi yerli media üçün sürpriz olub.

 

Belə ki, İlie Çebanu, İon Jardan, Dan Spataru və Vladislav İvanov hazırda komanda axtarışında olsa da, Spiridon onları milliyə çağırmağı lazım bilib. Bundan əlavə, o, 3 futbolçuya yığmada debüt etmək şansı verib. Andrey və Valeri Makriçki qardaşları, həmçinin Özbəkistanın “Dinamo” klubunun üzvü Radu Roqakın ilk dəfə milliyə çağırılması da gözlənilməz olub.

 

Qeyd edək ki, yanvarın 27-də Cənubi Koreya ilə qarşılaşacaq moldovalılar 3 gün sonra Azərbaycanla oyun keçirəcəklər.

0