[b]I liqada 19 klub[/b]
19.01.2018 - 12:46
[b]I liqada 19 klub[/b]

 

Qadın və kişi voleybolçular arasında I liqada çıxış edəcək klubların sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 21-də start götürəcək yarışlar 2 qrup üzrə təşkil olunacaq.

 

Belə ki, kişilərin mübarizəsində 10 klub mübarizə aparacaq. A qrupunda “Azərbaycan Tibb Universiteti”, “Azərbaycan Dövlət İqtisad Universiteti”, “Əlincə”, “BOS-Şelf”, “Şəki”, B qrupunda isə “Azərbaycan Texniki Universiteti”, “Taleh”, “Bakı Dövlət Universiteti”, “Astoriya” və U-16 yığmamız yer alıblar.

 

Qadın voleybolçuların yarışında da 2 qrupda təşkil olunacaq. A qrupunda “Xətai”, “Azərbaycan Dövlət İqtisad Universiteti”, “Gəncə”, “Dəmiryolçu”, “Azərreyl-1”, B qrupunda “Azərreyl-2”, “Baku Stars”, “Bakı Dövlət Universiteti” və “Azəri” gücünü yoxlayacaq.

 

Hər 2 liqada klubların demək olar ki, hamısı yenidi. Reqlamentə əsasən, qruplarda ilk 2 yerin sahibi mərhələ adlayacaq. Yarışın qaliblərinin adı isə martın 18-də bəlli olacaq.

 

 

0