[b]“Yaxşı olardı ki, çempionatda qalib gələk” - Yuri Maksimov[/b]
19.01.2018 - 17:23
[b]“Yaxşı olardı ki, çempionatda qalib gələk” - Yuri Maksimov[/b]

Bakıdakı təlim-məşq toplanışı çərçivəsində 3-cü yoxlama görüşünü keçirən “Keşlə” bu gün “Zirə” üzərində 2:1 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, komandanın yeni baş məşqçisi Yuri Maksimov qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Əvvəlki iki oyunla bu günkü matç arasında komandada nə kimi fərqlər gördünüz?

- Bugünkü rəqibimiz yaxşı komanda idi. Hamısı boylu-buxunlu futbolçulardı. Meydanda çox qaçır, əks-hücumlarda təhlükəli olurlar. Lakin biz görüşə öz məqsədimiz üçün çıxmışdıq. Qarşımıza qalib gəlmək vəzifəsi qoymamışıq. Əsas məqsəd futbolçuların necə oynaması və hansı mövqedə özlərini necə göstərmələridi. Onların güclü tərəflərini görmək istəyirdik.

 

- Bütün yoxlama oyunlarında qalib gəlmisiniz...

- Bu, o qədər də vacib deyil. Yaxşı olardı ki, çempionatda qalib gələk.

 

- Rauf Əliyevin transferi məsələsinin qapandığını demək olarmı?

- Bu sual mənə aid deyil.

 

- “Zirə”nin yaxşı komanda olduğunu qeyd etdiniz. Bəs ilk iki görüşlə müqayisədə öz komandanızda hansı dəyişikliklər olub?

- Mənim üçün ilk sırada komandamın fiziki hazırlığı dayanır. Əgər futbolçuların ayaqları güclü olsa, hərəkətliliyi də yaxşı olacaq.

 

- Yoxlama oyunlarında gördüyümüzə əsasən, komandanızdan pressinq tələb edirsiniz. 90 dəqiqə bu tepmdə mübarizə aparmaq üçün komandanı mövsümün sonuna qədər hazır vəziyyətə gətirə biləcəksinizmi?

- Buna çalışacağıq. Yoxlama görüşlərində də vəzifəmiz qalib gəlmək olmur. Öz oyunlarımıza hazırlaşmaq istəyirik.

 

- Məqsəd İsayevi hansı mövqedə oynadacağınıza qərar vermisinizmi?

- Bəli, onu yarımmüdafiəçi kimi oynadacam. Məqsəd müdafiəyə də kömək edə bilər.

 

- Sizi daha çox hansı mövqe narahat edir?

- Mərkəz və dayaq yarımmüdafiəçisi mövqeyində axsama var. Futbolçular təkcə top almağı yox, həm də hücumları başlamağı bacarmalıdılar.

0