[b]“Qarabağ”ın ikinci oyunu da bərabərliklə bitdi - YENİLƏNİB[/b]
20.01.2018 - 20:33
[b]“Qarabağ”ın ikinci oyunu da bərabərliklə bitdi - YENİLƏNİB[/b]

Qış hazırlıqlarını Antalyada davam etdirən “Qarabağ” bu gün növbəti sınaq matçını keçirib. Apasport.az saytının məlumatına görə, ağdamlılar Polşanın “Lexiya” klubu ilə görüşüblər.

 

Qdansk təmsilçisi ilə oyun Qurban Qurbanovun komandası üçün ikinci hazırlıq matçı olub. Matçın ilk hissəsində tərəflər qol vura bilməyiblər. İkinci yarıda əvvəlcə "Qarabağ" hesabı açıb. Dani Kintana fərqlənib. Ancaq bu qol qələbə üçün kifayət etməyib. Rəqib hesabı bərabərləşdirib və matç elə bu hesabla başa çatıb - 1:1.

 

Qeyd edək ki, ilk oyunda Rusiya təmsilçisi “Kuban”la qarşılaşan Azərbaycan çempionu həmin görüşdən də 2:2 hesablı bərabərliklə ayrılmışdı.

 

Yoxlama oyunu

20 yanvar

 

“Qarabağ” (Ağdam, Azərbaycan) – “Lexiya” (Qdansk, Polşa) - 1:1

Qol: Dani Kintana, 58

 

"Qarabağ": 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerye, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Pedro Enrike, 99. Dani Kintana, 44. Ağabala Ramazanov

 

 

0