SİZİN REKLAM BURADA

“Azərbaycan bizimlə eyni səviyyədədi” - Aleksandr Dedov

“İstirahətdən sonra məşqlər çətin olur. Kifayət qədər dincəldik. İndi isə mümkün qədər yüksək səviyyəli məşqlər keçməliyik ki, uğurlu nəticələr qazanaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova yığmasının yarımmüdafiəçisi Aleksandr Dedov deyib.

 

Öz ölkəsində təlim-məşq toplanışında olan moldovalılar Cənubi Koreya və Azərbaycanla Antalyada keçiriləcək yoldaşlıq görüşünə hazırlaşırlar. Dedov baş məşqçi postuna yeni təyin olunan Aleksandr Spiridonla uğur əldə edəcəklərinə inanır: “Baş məşqçimiz olduqca təcrübəli mütəxəssisdi. Ümid edirəm ki, onun tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirərik. Bu, bizi uğura aparan yol olacaq”.

 

“Milsami”nin formasını geyinən 29 yaşlı orta sahə oyunçusu yığmamızın onlara tanış rəqib olduğunu da vurğulayıb: “Cənubi Koreya barədə elə də geniş məlumatım yoxdu. Ancaq Azərbaycana qarşı artıq oynamışıq. Yaxşı komandadı və təxminən bizimlə eyni səviyyədədi. Azərbaycana qarşı bərabər səviyyədə çıxış etməliyik. Niyə də müsbət nəticə əldə etməyək?”

 

Qeyd edək ki, Moldova yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla qarşılaşacaq. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 31

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10