[b]“Həmişə qəlbimdə qalacaqsınız” – Dino Ndlovu[/b]
20.01.2018 - 11:21
[b]“Həmişə qəlbimdə qalacaqsınız” – Dino Ndlovu[/b]

Dövrələrarası fasilədə “Qarabağ”dan Çinin “Xançjou Qrintaun” klubuna transfer olunan Dino Ndlovu instaqram səhifəsi vasitəsilə Azərbaycanla vidalaşıb. Apasport.az saytının məlumatına görə, cənubi afrikalı forvard ölkəmizdə keçirdiyi xoş günlərə görə, Azərbaycan xalqına təşəkkür edib.

 

O, “Qarabağ”ın daim qəlbində qalacağını bildirib: “Bacarığımı nümayiş etdirmək üçün mənə şərait yaradan "Qarabağ"a, qonaqpərvərliyə və hörmətə görə isə Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Siz həmişə qəlbimdə qalacaqsınız”.

 

Dino “Xançjou Qrintaun”a keçidi barədə də söz açıb: “Klubumu dəyişməyim Allahın işidi. Bunu tək etməmişəm. Həyatımda açılan yeni səhifədə bütün diqqətimi və enerjimi "Xançjou Qrintaun”a yönəldəcəm”.

 

Qeyd edək ki, Dino Ndlovu “Xançjou Qrintaun”la 2 illik müqavilə bağlayıb. Onun transferi “Qarabağ”a 750 min avro qazandırıb.

0