[b]“Roma” futbolçularını “Çelsi”yə satır[/b]
20.01.2018 - 14:59
[b]“Roma” futbolçularını “Çelsi”yə satır[/b]

“Roma”nın müdafiəçisi Emerson və hücumçusu Edin Dzeko İtaliyaya köçməyə hazırlaşır. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, adıçəkilən oyunçular “Çelsi” ilə anlaşıblar.

 

London təmsilçisi Emerson və Dzekonun keçidi üçün qarşı tərəfə ilk olaraq 50 milyon avro təklif etmişdi. Buna “yox” cavabını verən “canavarlar” 65 milyon avro tələb edirdilər. Klublar, nəhayət ki, ortaq məxrəcə gələ biliblər. Tərəflər 50+10 milyon avroya razılıq əldə ediblər.

 

Qeyd edək ki, həm Edin Dzeko, həm də Emerson 2015-ci ildən “Roma”nın formasını geyinir.

0