[b]Rüfət Dadaşova daha bir təklif[/b]
20.01.2018 - 16:40
[b]Rüfət Dadaşova daha bir təklif[/b]

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov karyerasını III Bundesliqada davam etdirməyə çox yaxındı. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 26 yaşlı forvard bu liqadan təkliflər almaqda davam edir.

 

İlk olaraq, “Şportfroynde”, “Karl Zeyss”, “Erfurt” və “Çvikkau” klubları Berlin “Dinamo”sunun forvardına “elçi düşmüşdü”. İndi isə onlarla mübarizəyə III Bundesliqanın daha bir təmsilçisi qoşulub. Belə ki, “Hanza” Rüfəti qış fasiləsində heyətinə cəlb etmək niyyətinə düşüb.

 

Menelik Çaka NquEvedonun “Münhen 1860”a keçidi “Hanza” rəhbərliyini yeni hücumçu axtarışına vadar edib. Rostok təmsilçisi IV Bundesliqanın geridə qalan 18 turunda 19 qola imza atan Dadaşovu ən layiqli əvəzləyici hesab edir. Bu səbəbdən də “Hanza” vaxt itirmədən futbolçu ilə danışıqlara start verib. Ancaq klub onu heyətinə havayı cəlb etməyə çalışır.

 

Qeyd edək ki, Rüfət Dadaşovun “Dinamo” ilə müqavilə müddəti yaya qədərdi.

0