[b]“Kəpəz”in məşqindən əvvəl anım tədbiri - FOTO[/b]
20.01.2018 - 17:09
[b]“Kəpəz”in məşqindən əvvəl anım tədbiri - FOTO[/b]

Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz”in səhər məşqindən öncə 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Komandanın baş məşqçisi Yunis Hüseynov qanlı hadisə ilə bağlı fikirlərini bölüşərək 20 Yanvarın xalqımızın azadlıq mübarizəsində xüsusi rol oynadığını bildirib. Mütəxəssis bu faciə ilə bağlı legionerləri məlumatlandırmaqla “qanlı şənbə gecəsi”nin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu söyləyib.

 

Futbolçular 20 Yanvar faciəsinin əsla unudulmayacağını və xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulayıblar.

0