[b]“Qalatasaray”ın idarə heyətində Azərbaycana tanış sima[/b]
21.01.2018 - 00:13
[b]“Qalatasaray”ın idarə heyətində Azərbaycana tanış sima[/b]

“Qalatasaray”ın yeni prezidenti bəlli olduqdan sonra onun komandası da açıqlanıb. Apasport.az saytının məlumatına görə, yeni başkan Mustafa Cengizin başçılğı ilə idarə heyətində 10 nəfər əsas, 5 nəfər isə ehtiyat üzv olacaq.

 

Əsas heyətə daxil olan idarəçilərdən biri – Ahmet Ünal Çeviköz bizim üçün tanış simadı. Belə ki, ixtisasca politoloq olan Çeviköz bir müddət Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.

 

Cümhuriyyətçi Xalq Partiyasının (CHP) üzvü olan 65 yaşlı siyasətçi 2001-2004-cü illərdə ölkəmizdə diplomatik fəaliyyət göstərib. Daha sonra İraq vəzifəsinə davam edən Çeviközün sonuncu səfirlik etdiyi ölkə Böyük Britaniya olub.

0