[b]“Özümüzü yaxşı göstərə bilmədik” - Gerson[/b]
21.01.2018 - 01:15
[b]“Özümüzü yaxşı göstərə bilmədik” - Gerson[/b]

“Düşünürəm ki, Türkiyədəki ilk yoxlama oyunumuzdan razı olmalıyıq. Hazırlığın hansı mərhələsində olduğumuza nəzər salsaq, görərik ki, kifayət qədər yaxşı oynamışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lexiya”nın müdafiəçisi Gerson deyib.

 

Qış hazırlıqlarını Antalyada davam etdirən Polşa klubu yoxlama oyununda “Qarabağ”la qarşılaşıb. 1:1 hesablı bərabərliklə başa çatan matçdan sonra klubun rəsmi saytına danışan braziliyalı müdafiəçi fikirlərini bölüşüb: “Amma ikinci hissənin əvvəlində özümüzü yaxşı göstərə bilmədik, sanki bir az boşaldıq. Çempionlar Liqasının iştirakçısı ilə oynadığımızı nəzərə alsaq, aradakı səviyyəni görmək olar. Bəzi nüanslar üzərində hələ məşq etməliyik, amma düşünürəm ki, bu oyunda da məşqçimizin taktiki tapşırqlarını yaxşı yerinə yetirdik”.

0