[b]“Zirə” Bakını tərk edir[/b]
21.01.2018 - 14:59
[b]“Zirə” Bakını tərk edir[/b]

Qış fasiləsində hazırlığın ilk mərhələsini başa vuran “Zirə” təlim-məşq toplanışının növbəti mərhələsini Antalya şəhərində keçirəcək. Apasport.az saytının məlumatına görə, qəsəbə klubu bu gün Türkiyəyə yola düşəcək.

 

Komanda saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qardaş ölkəyə yollanacaq.

 

Sidenin “The Sense De Luxe” hotelində məşkunlaşacaq "Zirə" fevralın 4-də Bakıya qayıdacaq.

0