[b]Buffon tarixi fürsəti əldən verdi[/b]
21.01.2018 - 15:59
[b]Buffon tarixi fürsəti əldən verdi[/b]

Canluici Buffon tarixə keçmək şansını əldən verib. Apasport.az saytının məlumatına görə, əfsanəvi qapıçı İtaliya liqasında ən çox oyun keçirən futbolçu olmaq imkanını qaçırıb.

 

Buna Cicinin zədəsi səbəb olub. Belə ki, sabah keçiriləcək “Cenoa” ilə A seriyası matçında zədəsi səbəbi ilə meydana çıxmayacaq Buffon Paolo Maldiniyə məxsus rekordu qıra bilməyəcək.

 

Belə ki, bu mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan 39 yaşlı “çərçivə qoruyucusu” bundan sonra liqadakı bütün oyunlarda oynasa belə, sadəcə Maldininin rekordunu təkrarlaya biləcək.

 

Qeyd edək ki, A seriyasında ən çox oyun keçirən “Milan”ın əfsanəsi Paolo Maldini 647 dəfə meydana çıxıb.

0