[b]Fərid qol vurdu, komandası qalib gəldi[/b]
21.01.2018 - 16:45
[b]Fərid qol vurdu, komandası qalib gəldi[/b]

Çexiyanın “Slaviya” klubunun U-21 komandasın qış fasiləsindən istifadə edərək növbəti hazırlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət millimizin üzvü Fərid Nəbiyevin də meydana çıxdığı oyunda Praqa təmsilçisi “Stexoviçe” ilə qarşılaşıb.

 

Görüş “Slaviya”nın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Ötən oyunda dublla yadda qalan Fərid bu oyunda da fərqlənməyə imkan tapıb. O, komandasının qollarından birinə imza atıb.

 

Qeyd edək ki, "Slaviya"nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz - Amin Seydiyev və Rövlan Muradov da matçın iştirakçısı olublar. Hər iki futbolçu 90 dəqiqə meydanda olub. Rövlan qol otürməsi ilə yadda qalıb.

0