[b]Yığmamız və rəqibləri: Belarus 1-ci, San Marino sonuncudu[/b]
22.01.2018 - 10:15
[b]Yığmamız və rəqibləri: Belarus 1-ci, San Marino sonuncudu[/b]

Yanvarın 24-də püşkü atılacaq Millətlər Liqasının iştirakçılarının tarixi ərzində göstərdiyi nəticələr bəllidi. Apasport.az saytı D liqasında yer alacaq Azərbaycan millisi və mümkün rəqiblərinin nəticələrini müzakirə edib.

 

Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız UEFA reytinqində Avropanın ən zəif 16 komandasının mübarizə aparacağı D liqasında qüvvəsini sınayacaq. Burada çıxış edəcək 16 komandanın tarixinə nəzər salsaq, millimiz heç də ən yaxşılardan deyil.

 

Söhbət komandaların tarixi ərzində topladığı xalların oyun sayına nisbətindən gedir. İndiyədək 234 matç keçirən yığmamız 194 xal toplayıb. Söhbət şərti olaraq hesablanan xallardan gedir. Qələbəyə görə 3 xal prinsipi ilə aparılan hesablamaya əsasən yığmamız orta hesabla hər matçda 0,829 xal əldə edib.

 

44 qələbə qazanıb, 62 heç-heçə edən və 128 dəfə məğlub olan komandamız bu göstəricidə D liqasının 9-cusudu.

 

Bu sıralamada liqanın ən yaxşısı Belarusdu. Latviya 2-ci, Makedoniya 3-cüdü. Bu üç komanda kimi Qazaxıstanda mümkün olanın 1/3-dən çox, yəni hər qarşılaşmada 1-dən artıq xal əldə edib. D liqasının ən zəif yığması San Marinodu.

 

Qeyd edək ki, Millətlər Liqasının püşkatması yanvarın 24-də baş tutacaq.

 

 

O

Q

H

M

T/F

X

Orta xal

Belarus

217

64

57

96

254-310

249

1,147

Latviya

365

109

83

173

447-609

410

1,123

Makedoniya

220

62

55

103

247-301

241

1,095

Gürcüstan

221

63

46

112

249-326

235

1,063

Qazaxıstan

183

42

44

97

188-311

170

0,929

Ermənistan

191

46

38

107

185-332

176

0,921

Moldova

216

43

52

121

182-349

181

0,838

Kosovo

18

4

3

11

16-38

15

0,833

Azərbaycan

234

44

62

128

170-400

194

0,829

Malta

382

48

62

272

234-874

206

0,539

Farer adaları

181

24

19

138

113-449

91

0,503

Lüksemburq

584

58

77

449

501-1674

251

0,430

Lixtenşteyn

176

12

21

143

72-513

57

0,324

Cəbəllütariq

29

1

3

25

8-124

6

0,207

Andorra

147

5

13

129

41-397

28

0,190

San Marino

152

1

5

146

23-653

8

0,053

 

0