[b]“Kəpəz” heç-heçə ilə başladı - YENİLƏNİB[/b]
22.01.2018 - 15:03
[b]“Kəpəz” heç-heçə ilə başladı - YENİLƏNİB[/b]

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün ilk yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynov “Vitorul” klubu ilə matçda yetirmələrini sınayıb.

 

Rumıniyalılarla oyun “Sueno” otelinin meydançasında keçirilib. 1:1 hesablı bərabərliklə başa çatan qarşılaşmada gəncəlilərin yeganə qoluna kapitan Şəhriyar Rəhimov imza atıb.

 

Bu, “Kəpəz”in qış fasiləsində ilk yoxlama görüşü idisə, “Vitorul” Türkiyədə 5-ci dəfə meydana çıxıb. Əfsanəvi George Hacinin çalışdırdığı komanda “Qalatasaray” (0:2), “Skenderbeu” (1:1), “Qrasshoppers” (1:1) və “Luç Energiya” (4:2) ilə qarşılaşıb.

 

Qeyd edək ki, “Kəpəz” yanvarın 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-də “Yagelloniya” (Polşa), 31-də isə “Spartak”la (Serbiya) oyunda qüvvəsini sınayacaq.

 

Yoxlama görüşü

22 yanvar

 

“Kəpəz” (Azərbaycan) – “Vitorul” (Rumıniya) - 1:1

“Kəpəz”in start heyəti: Sergey Litovçenko, Tural Cəlilov, Tural Narimanov, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Dieqo Souza, Samir Zərgərov, Tural Rzayev, Giuli Manjqaladze, Roman Hüseynov, İlkin Sadıqov

Sonradan meydana daxil olanlar: Ceyhun Cavadov, Kamran Abdullazadə, Tərzin Cahangirov, Murad Sattarlı, Dario Federiko

0