[b]Azərbaycan – İran oyunlarının hakimləri müəyyənləşdi[/b]
22.01.2018 - 11:13
[b]Azərbaycan – İran oyunlarının hakimləri müəyyənləşdi[/b]

Futzal üzrə Azərbaycan və İran millilərinin oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən yığmamız asiyalılarla 2 dəfə görüşəcək.

 

Yanvarın 23-də və 24-də baş tutacaq görüşləri fərqli hakimlər idarə edəcək. İlk matçda Yusif Nurullayev, ikinci görüşdə Elçin Səmədli baş hakim olacaq.

 

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 21:00-da başlayacaq.

 

23 yanvar

21:00. Azərbaycan – İran

Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov

 

24 yanvar

21:00. Azərbaycan – İran

Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

 

0