[b]Ronaldonun etirafı: Pivə qablarını gizlədirdim[/b]
22.01.2018 - 11:50
[b]Ronaldonun etirafı: Pivə qablarını gizlədirdim[/b]

Braziliya yığmasının sabiq hücumçusu Ronaldo maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi forvard futbol oynadığı vaxt tez-tez pivə içdiyini etiraf edib.

 

“Barselona”, “İnter”, “Real” və “Milan” kimi klublarda oynamış Ronaldo alkoqol içkilərə meyl göstərməsi haqda danışıb: “Həmin vaxt pivə qablarını gizlətmək məcburiyyətində idim. Karyeramı bitirdikdən sonra isə buna ehtiyac qalmadı”.

 

“Fenomen” gələcəkdə Braziliya Futbol Konfederasiyasının prezidenti olmağa qarşı deyil: “Bu mənim üçün şərəf olardı. Ancaq əvvəlcə hansısa böyük kluba rəhbərlik edib, təcrübə toplamalıyam”.

0