[b]“Futbolçu olmağımda əsas rolu atam oynayıb” – Elman Taqayev[/b]
22.01.2018 - 12:14
[b]“Futbolçu olmağımda əsas rolu atam oynayıb” – Elman Taqayev[/b]

“Səbail”in türkmənistanlı legioneri Elman Taqayev klubun feysbuk səhifəsinə müsahibə verib. Apasport.az saytı xəbər verir ki, “On sual” rubrikasının qonağı olan 28 yaşlı yarımmüdafiəçi futbola gəlişi və digər məqamlar haqda danışıb.

 

- Futbola gəlişiniz necə oldu?
- Mənim futbolçu olmağımda əsas rolu atam oynayıb. Bu, onun gerçəkləşən arzusudu.

 

- Karyeranızda əsas oyun və ya ən yaddaqalan epizod?
- Yaddaqalan epizod çox olub. Birini seçməli olsam, “Səbail” - “Neftçi” qarşılaşmasının 90-cı dəqiqəsində vurduğum qələbə qolunu qeyd edərdim.

 

- Futbolda kumiriniz?
- Messi.

 

- Hobbi və maraqlarınız?
- Film izləməyi sevirəm.

 

- Ən sevdiyiniz film, musiqi, kitab?
- "Mən əfsanəyəm" ən sevdiyim filmdi.

 

- Həyatınızın əsas qaydası?
- Hər zaman ailəmlə olmaq.

 

- İnsanlarda ən çox nəyə dəyər verirsiz?
- Ən vacib xüsusiyyət bütün situasiyalarda insani keyfiyyətləri saxlamaq bacarığıdı.

 

- Karyeranızda əsas məqsədiniz?
- Gələcəkdə həm mənim, həm də uşaqlarımın xatırlaya biləcəyi yaxşı futbolçu olmaq. Bu o qədər də asan deyil, ancaq mənim məqsədimdi.

 

- Gənc futbolçulara məsləhətiniz?
- Öz üzərində işləmək, hər zaman məşq etmək. Biz hamımız bunlardan keçmişik və bilirik ki, öz üzərində yaxşı işləyən futbolçu məqsədinə çatacaq.

 

- Azarkeşlərə müraciətiniz?
- Onlardan həmişə dəstək gözləyirik. Oyunun nəticəsindən asılı olmayaraq, onların dəstəyi və yanımızda olmaları bizim üçün çox vacibdi.

0