[b]“Polşada oynadığım vaxt o, ulduz idi” - “Qarabağ”ın futbolçusu[/b]
22.01.2018 - 14:25
[b]“Polşada oynadığım vaxt o, ulduz idi” - “Qarabağ”ın futbolçusu[/b]

“Qarabağ”ın Antalyada “Lexiya” ilə keçirdiyi yoxlama görüşündə maraqlı an yaşanıb. Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, qollu bərabərliklə (1:1) başa çatan görüşdən sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Vild-Donald Gerye rəqibin oyunçusu Sebastian Milanı tərifləyib.

 

Belə ki, Gerye meydanı tərk edərkən üzünü polşalılara tərəf tutaraq, Polşa millisinin üzvü haqda fikrini bildirib. O, 36 yaşlı yarımmüdafiəçini ulduz adlandırıb: “Bu adamı görürsünüz? Polşada oynadığım vaxt o, ulduz idi, meydanda istədiyini edirdi. Bu gün də yaxşı oynayır, ancaq yaşlıdı”.

 

Qeyd edək ki, Vild-Donald Gerye 2013-2016-cı illərdə Polşanın “Visla” klubunun formasını geyinib.

0