[b]“Qəbələ”: bir gündə 2 məşq[/b]
23.01.2018 - 09:10
[b]“Qəbələ”: bir gündə 2 məşq[/b]

“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsinin 2-ci gününü başa vurub.

 

Roman Qriqorçukun rəhbərliyi altında çalışan komanda günü iki məşqlə yekunlaşdırıb. Futbolçular səhər məşqini fitnes zalında keçiriblər. Onlar fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər.

 

Günün ikinci yarısında isə oyunçular meydanda məşq ediblər. Onlar toplu və topsuz çalışmaları yerinə yetiriblər.

0