[b]Gənclər millimiz Gürcüstanla da bacarmadı - YENİLƏNİB[/b]
23.01.2018 - 20:54
[b]Gənclər millimiz Gürcüstanla da bacarmadı - YENİLƏNİB[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün üçüncü yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqovun yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

 

Əvvəlki oyunlarda “Alanyaspor” klubunun U-21 komandasına 3:1 hesabı ilə qalib gələn millimiz ardınca Albaniyanın U-20-nə məğlub olmuşdu (0:1).

 

Bu oyunda hesabı yığmamız açıb. Ülvi İskndərovun 45-ci dəqiqədə rəqib qapıya tərəf ötürməsini gürcü müdafiəçi öz qapısına vurub. İlk hissə bu hesabla başa çatıb.

 

İkinci hissədə rəqib cavab qolunu vura bilib.

 

Matçda başqa qol olmayıb və yığmamız heç-heçə ilə razılaşıb.

 

Qeyd edək ki, U-21 Antalyadakı son sınaq matçını isə yanvarın 26-da yenidən albaniyalılara qarşı keçirəcək.


 

Yoxlama oyunu

23 yanvar

 

Azərbaycan U-21 – Gürcüstan U-21 - 1:1

Qol: (Avtoqol), 45

 

Azərbaycan: 1.Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotçuk, 25. Murad Xaçayev
Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 9. Fəhmin Muradbəyli, 5. Elvin Sərkərov, 14. Nicat Süleymanov, 19. Rafael Məhərrəmli, 17. Əsgər Hüseynov, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 28. Hacıağa Hacılı, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşkın

 

0