[b]Azərbaycan çempionunun oyununda polşalı[/b]
23.01.2018 - 09:48
[b]Azərbaycan çempionunun oyununda polşalı[/b]

Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Azərbaycan çempionu “Lokomotiv”in Yunanıstan “Olimpiakos”u ilə matçını Matsey Matseyevskiyə (Polşa) həvalə edib.

 

Ona köməklik isə ingiltərəli Nikolas Ekforda tapşırılıb.

 

Qeyd edək ki, ilk görüşdə 0:3 hesabı ilə uduzan “Lokomotiv” yunanları fevralın 1-də qəbul edəcək. Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. 

0