[b]Antalyadakı görüşlər millimizə nə verəcək?[/b]
23.01.2018 - 11:00
[b]Antalyadakı görüşlər millimizə nə verəcək?[/b]

Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyunları FİFA tərəfindən tanınacaq. Apasport.az saytının məlumatına görə, Moldova və Kosovo ilə qarşılaşmalar qurumun rəsmi matçlar üçün ayırdığı dövrə təsadüf etməsə də, assosiasiyanın reyestrinə daxil edilib.

 

Bu, üz-üzə gələn komandaların təmsil etdiyi federasiyaların FİFA-ya müraciəti sayəsində gerçəkləşib. Nəticədə hər iki matç milli komandaların dünya reytinqinə də təsir edəcək.

 

Yanvarın 30-da görüşəcəyimiz Moldova hazırda planetin 166-cı, fevralın 2-də üz-üzə gələcəyimiz Kosovo 178-ci komandasıdı. Rəqiblərin aşağı səviyyəli olması görüşlərin dəyərini də minimuma endirib.

 

Son FİFA reytinqində 281 xalla 118-ci olan Qurban Qurbanovun yetirmələri qarşıdakı 2 görüşdən ciddi fayda da əldə edə bilməyəcək. Çünki yoxlama matçlarındakı qələbələrin hər biri əmsalımızı cəmi 149, bərabərlik isə 50 xal artıracaq.

 

Təbii ki, oyunların belə aşağı dəyərləndirilməsi 4 ilin nəticələrinə görə hesablanan reytinqimizə də müsbət perspektiv vəd etmir. Yalnız iki qələbə lehimizə olacaq.

 

Həm Moldova, həm Kosovonu yensək, yığmamız aktivini 11 xal zənginləşdirəcək. İki oyundan birində qalib gəlib, birində heç-heçə etsək, reytinq xalımız dəyişməz qalacaq. İstənilən digər variant isə xal itkisi hesabına başa gələcək.

 

Mümkün nəticələrə baxsaq, yığmamızın gələn ay açıqlanacaq reytinqdəki xalını dəqiq söyləmək mümkündü. Amma millimizin mövqeyi təkcə bu xaldan deyil, həm də digər ölkələrin nəticələrindən asılıdı. Bu üzdən də yerlə bağlı proqnoz vermək çətindi.

 

Amma son cədvələ nəzər salıb, eyni xalın neçənci yer üçün kifayət etdiyini bilmək mümkündü. Belə ehtimala görə 4 addımlıq irəliləyişdən artığına ümid etmək yersizdi.

 

Moldova

Kosovo

xal

yer*

3

3

292

114

3

1

281

118

3

0

276

118

1

3

281

118

1

1

270

118

1

0

265

122

0

3

276

118

0

1

265

122

0

0

259

125

* - bu xala malik komandanın indiki cədvəldə tutacağı yer

0