[b]Azərbaycanlı hakimə növbəti etimad[/b]
23.01.2018 - 11:28
[b]Azərbaycanlı hakimə növbəti etimad[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) daha bir azərbaycanlı hakimə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, Fikrət Axundov “Çelenc Cup”ın 1/8 final mərhələsində iş başında olacaq.

 

O, Nefelsdə kişi voleybolçular arasında təşkil olunacaq “Bioqas” (İsveçrə) – “Karlovarsko” (Çexiya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. Yanvarın 31-nə təsadüf edəcək görüşdə yunanıstanlı Nikolaos Fraqkakis əsas referi olacaq.

 

Qeyd edək ki, bu komandalar arasında ilk matçda isveçrəlilər 3:1 hesabı ilə qalib gəliblər.

 

0