[b]Millətlər Liqasında arzulanan və arzuolunmaz rəqiblər[/b]
23.01.2018 - 13:47
[b]Millətlər Liqasında arzulanan və arzuolunmaz rəqiblər[/b]

UEFA-nın yeni layihəsi olan Millətlər Liqasında çıxış edəcək Makedoniya millisinin arzulanan və arzuolunmaz rəqibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ilə eyni – D liqasında çıxış edəcək balkanlılar sabah baş tutacaq püşk öncəsi özləri üçün 2 “üçlük” müəyyənləşdirib.

 

Birinci “üçlük”də Makedoniyanın arzuladığı rəqiblər yer alıb. Onlar Latviya, Lixtenşteyn və San-Marino ilə bir qrup təşkil etmək niyyətindədilər. Komandanın qorxduğu yığmalar da var. Makedoniyalılar Farer adaları, Moldova və Kosovo ilə yer almaq istəmirlər.

 

Qeyd edək ki, Azərbaycan milli də Makedoniya kimi I səbətdə yer alıb. Bu üzdən də komandalar qrup mərhələsində qarşılaşa bilməz. 

0